Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyevin axtarışı davam edir


Üç gündür ki, polis əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçan Azərbaycan Demokrat Partiyasının (ADP) Balakən rayon təşkilatının sədri Nizami Quliyevin axtarışı davam edir. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Balakən Rayon Prokurorluğunun müstəntiqi Akif Şıxıyevin sözlərinə görə, onlar Nizami Quliyevin rayon ətrafı meşələrdə gizləndiyini güman edirlər: «Nizami Quliyev əvvəllər meşə təsərrüfatında işlədiyindən hər yeri yaxşı tanıyır. Yay olduğu üçün güman ki, qida çətinliyi də çəkmir».


Müstəntiq ehtimal edir ki, o, sərhədi keçməyib. Nizami Quliyevin silahlı olduğu güman edilir. Akif Şıxıyev deyir ki, onun evində axtarış aparılsa da, silah tapılmayıb.


İyunun 30-da Nizami Quliyev borca görə elektrik enerjisinin kəsilməsi ilə yaranmış mübahisə nəticəsində onun evinə gəlmiş polislərə atəş açıb. Yaralanmış polis əməkdaşı xəstəxanada bir günlük müalicədən sonra evə buraxılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG