Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56

Təzyiqlə üzləşən jurnalistlərə maddi yardım edilib


Jurnalistlərə maddi yardım etmək üçün hələlik «Soros» Fondu vəsait ayırıb

Jurnalistlərə maddi yardım etmək üçün hələlik «Soros» Fondu vəsait ayırıb

Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu təzyiqlə üzləşən, həbsdə olan və iş yerlərini itirən jurnalistlərə ilk maddi yardım ayırıb.

Həbsdə olan «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakitin, «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin, «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun, «Sənət» qəzetinin əməkdaşı Rafiq Tağının ailəsinə 350, «Müxalifət» qəzetinin şöbə müdiri Yaşar Ağazadənin ailəsinə isə 250 dollar verilməsi qərara alınıb.


Bu barədə «Azadlıq» radiosuna Fondun təsisçilərindən biri Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli məlumat verib.


Peşə borcunu yerinə yetirərkən xəsarət alan «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynlinin, Nicat Dağların, «Yeni Müsavat» qəzetinin əməkdaşı Etibar Seyidağanın hər birinə 100, «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərova isə 150 dollar veriləcək.


Yadigar Məmmədli deyir ki, təzyiqlər nəticəsində işini itirən və fəaliyyətini dayandıran «Realnıy Azerbaydjan» qəzetinin əməkdaşı Çingiz Sultansoya 100, 2007-ci ilin may ayının 20-də nəşri dayandırılan «Gündəlik Azərbaycan» qəzetinin işlə təmin olunmayan əməkdaşlarına birdəfəlik 1000 dollar həcmində yardım edilməsi qərara alınıb.


Azərbaycanda təzyiq və problemlə üzləşən jurnalistlərə və qəzetlərə maddi yardım etmək üçün hələlik «Soros»-Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 10 min dollar ayırıb.


Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu 4 jurnalist qeyri-hökumət təşkilatı tərəfindən bu günlərdə təsis olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG