Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

Gəncə və ətraf rayonların su trestlərinə elektrikin verilməsi bərpa olunub


Gəncə Regional Elektrik Şəbəkəsi Gəncə və ətraf rayonların su trestlərinə elektrik enerjisi verilməsini bərpa edib.


Bu barədə «Azadlıq» radiosuna Şəbəkənin rəsmisi Rafiq Abbasov məlumat verib, deyib ki, su idarələrinin bəziləri şəbəkəyə olan işıq pulu borcunu qismən, bir neçəsi isə 100 faiz ödəyib.


Gəncə Su Kəməri Trestinin ötən il martın 1-dən iyunun 1-ə qədər olan borcu 14 milyon 664 manat olsa da, müəssisə yalnız 11 min manat ödəyib.


Gəncə Dəmiryolu İdarəsinin də külli miqdarda borcu var. Cənab Abbasov müəssisəyə verilən elektrikin dayandırıla biləcəyini istisna etməyib.


Gəncə Regional Elektrik Şəbəkəsi enerji borcuna görə iyunun 28-də bir neçə su trestinin işığını kəsmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG