Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:28

Media hüquqlarıyla bağlı hər həftə «Bazar günü məktəbi» fəaliyyət göstərəcək


İyulun 1-dən media hüquqlarıyla bağlı hər həftə «Bazar günü məktəbi» fəaliyyət göstərəcək. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynlinin dediyinə görə, məktəbin məqsədi media hüquqları barədə jurnalistlərə ətraflı məlumat vermək, bu sahədə problemlə üzləşmiş mətbuat təmsilçilərinə hüquqi yardım göstərməkdir.


Məktəbdə birinci məşğələ «Azərbaycanda söz azadlığı və yerli məhkəmələrin reallığı» mövzusuna həsr olunub. Əsas diqqət Azərbaycanda hüquqi pozulan jurnalistlərin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi üçün lazımi vərdişlərin mənimsənilməsinə yönəlib.


Bir il davam edəcək layihəni ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu maliyyələşdirir.


XS
SM
MD
LG