Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18

İyulun 2-də maddi yardım üçün müraciət etmiş jurnalistlərin adları və onlara veriləcək məbləğ açıqlanacaq


Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu iyulun 2-də onlara yardım üçün müraciət edənlərin adlarını və veriləcək məbləği açıqlayacaq. Fondun təsisçilərindən biri olan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, həbsdə olan jurnalistlərdən beşinin ailəsi, peşə borcunu yerinə yetirən zaman xəsarət almış dörd və fəaliyyətini dayandırmağa məcbur olmuş 20 jurnalist, o cümlədən iki qəzet onlara müraciət edib.


Azərbaycanda təzyiq və problemlə üzləşən jurnalistlərə və qəzetlərə maddi yardım etmək üçün hələlik «Soros» – Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 10 min dollar ayırıb.


Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu dörd qeyri-hökumət təşkilatı tərəfindən təsis olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG