Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

QAT ziyalıların Qarabağ səfərinə etiraz tədbirləri keçirəcək


Azərbaycanlı ziyalıların Xankəndinə və Yerevana səfəri ölkədə birmənalı qarşılanmır

Azərbaycanlı ziyalıların Xankəndinə və Yerevana səfəri ölkədə birmənalı qarşılanmır

Qarabağ Azadlıq Təşkilatı (QAT) gələn həftə bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağa səfərinə etiraz olaraq müxtəlif tədbirlər keçirəcək.


QAT-ın sədri Akif Nağı «Azadlıq» radiosuna deyir ki, iyunun 30-da qurumun fövqəladə toplantısında piketlər keçirmək qərara alınıb.


Onun sözlərinə görə, QAT fəalları həmçinin Dağlıq Qarabağa və Ermənistana səfər etmiş ziyalılarla da görüşməyə cəhd edəcəklər.


Bu günlərdə bir qrup erməni və azərbaycanlı ziyalısı Xankəndinə, Yerevana və Bakıya müştərək səfərlər ediblər. Azərbaycan rəsmilərinin sözlərinə görə, səfər iki xalq arasında inamı möhkəmlətmək məqsədi daşıyır.


Günün bütün mövzuları

XS
SM
MD
LG