Britaniyanın Baş naziri Qordon Braun Skotland-Yardda anti-terror strukturlarının rəhbərləri ilə təcili müşavirə keçirib. İyunun 29-da Londonun mərkəzində iki minalanmış avtomobil tapılıb.
Polis hazırlanan terror aktlarının səbəblərini araşdırır. Hakimiyyət hesab edir ki, «Mercedes»lərdə aşkarlanan hər iki bomba eyni terror planının hissəsidir.
Londonda təhlükəsizlik tədbirləri gücləndirilib.
İyulun 7-də London nəqliyyatında terror aktının ikinci ildönümü tamam olur. O zaman 52 adam həlak olmuşdu.