Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:19

Rusiya Qəbələ RLS-i müasirləşdirməyə hazırdır


Səfər Corc Buş - Vladimir Putin sammiti ərəfəsində təşkil edilib

Səfər Corc Buş - Vladimir Putin sammiti ərəfəsində təşkil edilib

Rusiya Müdafiə Nazirliyi iyunun 30-da əcnəbi jurnalistlərin Qəbələ Radiolokasiya Stansiyasına (RLS) səfərini təşkil edib. Səfər texniki xarakter daşıyıb.


Səfərdə iştirak edən APA-nın əməkdaşı Tamara Qriqoriyeva «Azadlıq» radiosuna deyib ki, jurnalistlərə stansiyanın işiylə tanış olmaq imkanı yaradılıb:


«Biz orda sovet vaxtından qalma avadanlıq gördük. Hətta telefonlar, kompyuter də köhnə idi».


Rusiya Kosmik Qoşunları Baş qərargah rəisinin birinci müavini, general-mayor Aleksandr Yakuşin jurnalistlərə deyib ki, stansiyadan hərbi-siyasi məqsədlər üçün istifadə qərarı verilərsə, «onlar hər an onu müasir avadanlıqla təchiz etməyə hazırdırlar».


General RLS-in ərazisində hospital, uşaq bağçası və orta məktəbin fəaliyyət göstərdiyini söyləyib:


«Müqaviləyə uyğun olaraq xidməti personalın sayı 1500 nəfərdən çox ola bilməz. Hazırda burada 1000 nəfərə yaxın hərbçi çalışır. Onların hamısı Rusiya vətəndaşlarıdır. Burada çalışan azərbaycanlı hərbçilər də Rusiya vətəndaşlarıdır. RLS-də Rusiya vətəndaşı olan ermənilərin çalışması barədə məlumat isə doğru deyil».


Səfərin təşəbbüskarı Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi Yuri Baluyevski idi.


Səfər iyulun 1-də ABŞ-da keçiriləcək Corc Buş - Vladimir Putin sammiti ərəfəsində təşkil edilib.


Rusiya Amerikaya təklif edir ki, Qəbələdəki RLS-i müştərək istifadə etsinlər. Amerika isə raketdən müdafiə sistemini Şərqi Avropada quraşdırmaq niyyətindədir.


Qəbələ RLS 2002-ci ildə Rusiyaya icarəyə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG