Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

GÖRÜŞDƏN QABAQ


İyulun 1-də ABŞ prezidenti Buşla Rusiya prezidenti Putin ata Buşun evində görüşürlər. Bunu «Wall Street Journal» yazır. Ona görə qeyd edir ki, rəsmilik az olanda, danışmaq asan olur. Danışmağa isə mübahisəli mövzu çoxdur – raketlərdən müdafiə sistemi, Kosova və s.


Qəzetin fikrincə, Rusiya-Amerika münasibətlərinin indiki səviyyəsi artıq təhlükəli olub.


«Reuters» agentliyi də görüş ərəfəsi Buşla Putinin son vaxtlar dediklərindən sitatlar şəklində məlumat hazırlayıb. Məsələn, orada Putinin Amerika haqqında dediyi son söz budur ki, «dünyada azadlığın və demokratiyanın əsas pozucusu Amerikadır».


Putin bunu «Böyük Səkkizliyin» iyun ayındakı sammitində, mətbuat konfransında deyib.


XS
SM
MD
LG