Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

Üçüncü sektorun fəaliyyətini təkmilləşdirmək üçün qanunvericiliyə dəyişikliklər təklifi hazırlanıb


İyunun 29-da Milli QHT Forumu üçüncü sektorun fəaliyyətini təkmilləşdirmək üçün müvafiq qanunvericiliyə dəyişiklik tövsiyələri hazırlayıb. Sənəd müəllifləri təklif edirlər ki, QHT-lərin qeydiyyata alınması müddəti 8-10 günə endirilsin. Zəruri halda bu müddət beş gün də artırıla bilər. O cümlədən, Əmək Məcəlləsinə «Qeyri-hökumət təşkilatlarında əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri» adlı yeni fəsilin əlavə olunması da təklif edilir.


Sənəd müəllifləri hesab edirlər ki, QHT-lərin dəstəyindən mütəmadi istifadə etdikləri könüllülərin fəaliyyətinin qanunla tənzimlənməsi üçün ayrıca, QHT-lərin müxtəlif dövlət qurumlarının keçirdiyi tenderlərdə iştirakını təmin etmək uçün isə «Sosial sifarişlər haqqında» qanunlar qəbul olunmalıdır.


QHT-lərin Əlavə Dəyər Vergisindən azad olunması da təkliflər sırasındadır.


Milli QHT Forumu tövsiyələrdən ibarət sənədi Milli Məclisə təqdim etmək niyyətindədir


İndiki qanunla QHT-lərin qeydiyyatı üçün ümumilikdə 70 gün nəzərdə tutulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG