Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:32

Polad Bülbüloğlunun mətbuat konfransında qalmaqal oldu


Əsəbilərini cilovlaya bilməyən Kamal Abdulla gəncin üzərinə yeridi
Əsəbilərini cilovlaya bilməyən Kamal Abdulla gəncin üzərinə yeridi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və bir qrup azərbaycanlı ziyalıların Dağlıq Qarabağa səfəri ilə bağlı mətbuat konfransında dava düşdü.


Polad Bülbüloğlu səfərin məqsədi barədə açıqlamaya verməyə başladı. Bu vaxt mətbuat konransında iştirak edən gənclərdən biri «Siz dünən satqınlıq etmisiniz, şərəfsizcəsinə ermənilərlə görüşüb onların əllərini öpmüsünüz», - deyə ziyalıların səfərini pislədi. Gəncin hərəkətlərinə digər ziyalılar və Polad Bülbüloğlu təmkin nümayiş etdirsələr də, Bakı-Slavyan Universitetinin rektoru Kamal Abdulla əsəbilərini cilovlaya bilmədi. Hətta o, gəncin üzərinə yerisə də, tədbir iştirakçıları onun qarşısını aldılar. Sonra həmin gənc tədbirdən çıxarıldı.


«Dava ilə başlayıb, sülhlə qurtarmaq bizdə adətdir»,- deyə Kamal Abdulla tədbir iştirakçılarından davaya görə üzr istədi.


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının tədbirdə çıxış etmək cəhdi də gərginlik yaratdı. Bundan sonra məsələyə polis müdaxilə etdi. Nağı Səbail Rayon 39-cu Polis Bölməsinə Bölməsinə aparılsa da, sonradan buraxıldı.


Daha sonra Polad Bülbüloğlu dedi ki, əslində, bu səfərin məqsədi «xalq diplomatiyası»nı həyata keçirməkdir. Onun sözlərinə görə, səfərdə məqsəd əgər nə vaxtsa sülh müqaviləsi bağlanarsa, tərəfləri barışığa hazırlamaqdır. Bülbüloğlu deyir ki, bu təşəbbüs erməni həmkarından gəlib və həm Azərbaycan, həm də Ermənistan prezidentləri buna razılıq veriblər.


Fərhad Bədəlbəyli isə bildirdi ki, əslində, indi Azərbaycan müharibə etmək istəsə, buna nə beynəlxalq güclər, nə də təşkilatlar icazə verməyəcəklər. Yeganə çıxış yolu isə sülh danışıqlarıdır. Sülh danışıqlarının da baş tutması üçün bütün imkanlardan istifadə ediləcək.


Polad Bülbüloğlu isə jurnalistlərin suallarına cavab olaraq bildirdi ki, bu səfərlər gələcəkdə də davam edə bilər. Ola bilər ki, birgə proyektlər həyata keçirilsin. Bu prokeyktlərdən biri də Şuşa məscidinin birgə təmiri ola bilər.









AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG