Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

«Xəzər Lənkəran»ın rəqibi «Dinamo Zaqreb» oldu


«Olimpik» «Xəzər Lənkəran» oyunu. Foto: AFFA

«Olimpik» «Xəzər Lənkəran» oyunu. Foto: AFFA

İyunun 29-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatması keçirilib.


2006-2007-ci il mövsümünün Azərbaycan çempionu «Xəzər Lənkəran» klubunun ilk mərhələdəki rəqibi Xorvatiyadan «Dinamo Zaqreb» klubu olacaq.


Bu cütlüyün qalibi ikinci mərhələdə «Domjale» (Sloveniya) – «Tirana» (Albaniya) cütlüyünün qalibi ilə qarşılaşacaq.


İkinci mərhələdən mübarizəyə qoşulacaq Türkiyənin «Beşiktaş» klubu «Şerif» (Moldova)- «Reyncers» (Andorra) cütlüyünün qalibi ilə qarşılaşacaq.


Birinci mərhələnin ilk oyunları iyulun 17-18-də, cavab oyunları isə iyulun 24-25-də keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG