Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:41

90 adda dini kitabın ölkəyə gətirilməsinə qadağa qoyulub


Son bir ildə 350 adda dini ədəbiyyat ekspertizadan keçirilib və onlardan 90 adda kitabın ölkəyə gətirilməsinə qadağa qoyulub. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyir. Onun sözlərinə görə, əsasən, dini ayrı-seçkiliyi yayan və təriqətlərarası ədavəti qızışdıran kitabların Azərbaycanda yayılmasına imkan verilmir. Cənab Orucov deyir ki, 40 adda dini ədəbiyyata isə ekspertizadan sonra müəyyən düzəliş və ixtisarların edilməsi tövsiyə edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG