Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

«Müxalifət»çilərin apellyasiya şikayətinə məhkəmə baxışı iyulun 4-nə təyin edilib


«Müxalifət» qəzetinin həbsdə olan əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadənin apellyasiya şikayətinə məhkəmə baxışı iyulun 4-nə təyin edilib.


İyunun 29-da Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçən prosesdə belə qərar verilib. Məlumatı «Azadlıq» radiosuna Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli verib.


Bu il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında Rövşən Kəbirli və Yaşar Ağazadənin hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG