Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Həbsdə olan jurnalistlərin ailələrinə yardım kampaniyası başlayıb


Hazırda müxtəlif ittihamlarla yeddi jurnalist həbs edilib
Hazırda müxtəlif ittihamlarla yeddi jurnalist həbs edilib

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu həbsdə olan jurnalistlərin ailələrinə yardım kampaniyasına başlayıb. Bu haqda «Azadlıq» radiosuna sözügedən institutun rəhbəri Emin Hüseynli məlumat verib. Onun sözlərinə görə, media mənsubları arasında keçirilən bu kampaniyada həbsdə olan jurnalistlərin hər birinə 1 manatdan (ümumilikdə 7 manat) toplanması nəzərdə tutulur.


Toplanmış vəsait jurnalistika günü ərəfəsində həbsdə olan jurnalistlərin ailələrinə çatdırılacaq.


Hüseynli deyir ki, kampaniyada məqsəd həbs edilmiş jurnalistlərin ağır iqtisadi durumda olan ailələrinə yardım etməkdir.


Hazırda müxtəlif ittihamlarla yeddi jurnalist həbs edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG