Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

Əsir düşmüş əsgər 12 il azadlıqdan məhrum edilib


E. Nuriyev ötən il dekabrın 31-də azaraq erməni tərəfə əsir düşüb

E. Nuriyev ötən il dekabrın 31-də azaraq erməni tərəfə əsir düşüb

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə vətənə xəyanətdə təqsirli bilinən Eldəniz Nuriyevə hökm oxunub. APA-nın məlumatına görə, hakim Məmmədbağır Zeynalovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Eldəniz Nuriyev 12 il müddətinə azadlıqdan məhrum edilib.


E. Nuriyev ötən il dekabrın 31-də Füzuli rayonu ərazisində azaraq erməni tərəfə əsir düşüb və bu il yanvarın 16-da azad edilib. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra o həbs edilib. Nuriyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülmüşdü.


XS
SM
MD
LG