Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

«Məhərrəm Əliyevin qardaşı da «vuruldu»


«Deputat Adil Əliyevin də başının üstünü qara buludlar alıb»
«Deputat Adil Əliyevin də başının üstünü qara buludlar alıb»

«Adil Əliyev «Neftçi»dən getdi. Məhərrəm Əliyevin qardaşı da «vuruldu». «Azadlıq» qəzetində bu sərlövhə ilə dərc olunmuş məqalədə bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi vəzifəsindən getməsinin üzərindən 24 saat keçməmiş onun yaxınlarına qarşı hücumların başlandığı barədə məlumatlar yayıldı. Xəbərlərdə bildirilir ki, İlham Əliyevin İstanbuldan qayıtmasından dərhal sonra istefaya göndərilən generalın qardaşı, deputat Adil Əliyevin də başının üstünü qara buludlar alıb. Qəzet yazır ki, artıq Adil Əliyev «Neftçi» İdman Klubunun vitse-prezidentliyi postundan kənarlaşdırılıb. Halbuki o, bu vəzifəyə bir neçə ay öncə seçilmişdi. Gözlənilirdi ki, bu ilin sonu, gələn ilin əvvəllərində keçirilən seçkilər zamanı A.Əliyev AFFA-nın prezidenti olacaq. «Azadlıq»ın iddialarına görə, bütün bunlar Əliyev qardaşlarına qarış hücumun Prezident Aparatından idarə olunduğunu ortaya qoyur.


«525-ci qəzet» dəki «Əmanətə xəyanat olmaz» başlıqlı müəllif məqaləsində «İqtisadi və Sosial İnkişaf Mərkəzi»nin rəhbəri Vüqar Bayramov sovet dövründə banklara qoyulmuş əmanətlərin qaytarılması prosesindən bəhs edir. Mütəxəssis bildirir ki, «ölmüş əmanətlər»in məbləği 4, 8 milyard sovet rubluna bərabərdir. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının əmanəti olub. Bayramov bildirir ki, istər əmanətlərin həcmi, istərsə də əmanətçilərin sayı kifayət qədərdir: «Amma bu, heç də qorxulu deyil və keçmiş sovet respublikalarının bir müddət əvvəl başa çatdırdığı prosesin Azərbaycanda da başlanılması əslində, ən vacib sosial layihələrin reallaşması olardı».


«Yeni Müsavat» qəzetindəki «İlham Əliyev saray müxalifətini neytrallaşdırır» başlıqlı məqalədə bildirilir ki, Məhərrəm Əliyevin istefasından sonra dərhal «növbə kimindir» sualı aktuallaşır. Qəzet yazır ki, Əliyev qarşıda onu gözləyən çətin prezident seçkisinə qədər komandasındakı güvənmədiyi və bir sıra parametrlərə görə, özünə uyğun bilmədiyi kadrlarla vidalaşacaq. Lakin bu proses onu cümlə ilə ifadə edəcək qədər asan deyil. Qəzet iddia edir ki, dövlət başçısının təmizləmə siyahısında və hədəfində olan şəxslər sadəcə, vəzifəli məmurlar deyillər. Onlar mərhum Heydər Əliyevin xüsusi adamlarıdırlar. Üstəlik, uzun illər vəzifələrdə olmaları və dövlətdəki korrupsiya seti sayəsində fantastik məbləğlərdə pul yığmaları səbəbindən ölkənin və regionun ən zəngin adamlarına, qüdrətli mafiya və tayfa ağsaqqallarına çevriliblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG