Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

«Ermənilər başa düşürlər ki, Şuşa heç vaxt azərbaycanlılarsız yaşaya bilməz»


Fərhad Bədəlbəyli Dağlıq Qarabağa və Yerevana səfər barədə «Azadlıq» radiosuna danışır

Fərhad Bədəlbəyli Dağlıq Qarabağa və Yerevana səfər barədə «Azadlıq» radiosuna danışır

«Nə qədər ağır olsa da, bu proses başlamalıdı. Orda da bu proses gedir. Orda da başa düşürlər iki, bu məsələ gec-tez həll edilməlidi». Dağlıq Qarabağa və Yerevana səfər edən Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli «Azadlıq» radiosuna belə deyib: «Çox şadam ki, bizim prezidentimiz dünən onlara çox sərt şəkildə dedi ki, istiqlal, azadlıq formulları Dağlıq Qarabağa heç vaxt yaramaz. İstiqlal haqqında heç fikirləşməyin. Onlar çox pərt oldular».


Bədəlbəyli bu səfərin müxtəlif reaksiyalar doğurduğuna münasibət bildirərkən deyib ki, onları ittiham da edə bilərlər, tənqid də: «Bunu normal qəbul edirəm. Əlbəttə, hardasa ağırdır. İmkan daxilində maraqlarımızı müdafiə etdik. Öz mövqeyimizi sərt şəkildə dedim. Mən orda da bildirdim ki, bizim camaatımız, qaçqınlarımız bu səfəri çox sərt şəkildə qəbul edirlər, amma işləmək lazımdı, neyləyək».


Professor səfər təklifinin hardan gəlməsinə belə münasibət bildirib: «Zəng edib dedilər ki, getmək lazımdır. Müzakirə edib qərara gəldik ki, getmək lazımdır.Vəssalam».


«Əlbəttə, mənim üçün çətindir. Şuşaya getmək, təsəvvür edin, Bülbül evində az qaldı, mən də, Polad da…bu, çox psixoloji şokdur, bu, zarafat deyil. Amma mən belə təsəvvür edirəm ki, biz ora getməliyik. Yavaş, yavaş getməliyik…Mənə elə gəldi ki, hardasa onlar başa düşürlər ki, Şuşa heç vaxt azərbaycanlılarsız yaşaya bilməz. Bu tendensiyanı mən hiss etdim. Şuşa çox pis vəziyyətdədir. Adamlar çox az idi, bir-iki nəfər…Dağıntılar çoxdur. Bərpa işlərini mən orda görmədim. Nə isə…», - o, Şuşa haqqında təəssüratlarını bölüşərkən belə deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG