Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:48

Robert Koçaryan erməni və azərbaycanlı ziyalıların bir qrupunu qəbul edib


Görüşdə xalqlar arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılıb
Görüşdə xalqlar arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılıb
İyunun 28-də Ermənistan prezidenti Robert Koçaryan bir qrup Azərbaycan və erməni ziyalısını – mədəniyyət və elm xadimlərini qəbul edib. Onlar Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri ilə birlikdə Xankəndi-Yerevan-Bakı marşrutu üzrə səfər edirlər.

Məlumatı Ermənistan prezidentinin rəsmi internet-saytı yayıb.

Robert Koçaryan onların təşəbbüsünü alqışlayıb, deyib ki, ünsiyyətin qurulması və beləliklə, iki xalq arasında etimad ab-havasının yaranması Qarabağ münaqişəsinin həllinə yaxşı töhfə olacaq:



«Mövcud reallıqlara baxmayaraq. əməkdaşlıq nöqtələrini tapmaq lazımdır və Yerevan bu prosesə hər vasitə ilə yardım etməyə hazırdır».



Qonaqlar prezidentlə erməni və Azərbaycan ictimaiyyətləri arasında əlaqələrin yaradılmasının zəruriliyindən, bu əlaqələri həyata keçirməyin yollarından danışıblar.


Azərbaycan ziyalıları deyiblər ki, iki xalq arasında dözümlü münasibət yaratmaq üçün yaşlı nəslin nümayəndələri arasında bir vaxtlar olan dostluq və tərəfdaşlıq münasibətlərini bərpa etmək lazımdır. Gənc nəsli də bu əlaqələrin iştirakçısına çevirmək zəruridir.


Koçaryanla görüşdən sonra müştərək heyət Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya yollanıb. Buna qədər onları separatçı Dağlıq Qarabağ Respublikasının prezidenti Arkadi Qukasyan da qəbul edib.


Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim də deyir ki, iki ölkə arasında «bu səfərlər inamı möhkəmlətmək məqsədi daşıyır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG