Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Fabio Kapello istefaya göndərildi


Son mövsümdə İspaniya çempionluğunu qazanan Madrid «Real»ının rəhbərliyi gözlənilməz qərar qəbul edib. Belə ki, klub prezidenti Roman Kalderon italyan baş məşqçi Fabio Kapellonu istefaya göndərib.


61 yaşlı italyan mütəxəssisin «Real»la müqavilə müddəti iki ildən sonra başa çatacaqdı. İndi Kapellonu «Xetafe»nin alman çalışdırıcısı Bernd Şusterin əvəz edəcəyi gözlənilir.


XS
SM
MD
LG