Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

Polad Bülbüloğlu Şuşaya səfər edib


«Səfər inamı möhkəmlətmək məqsədi daşıyır»

«Səfər inamı möhkəmlətmək məqsədi daşıyır»

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı-Slavyan Universitetinin rektoru Kamal Abdulla, həmçinin Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər ediblər.


Xüsusi təyyarə ilə cəbhə bölgəsindən Şuşaya uçan Polad Bülbüloğlu, Kamal Abdulla və Fərhad Bədəlbəylini tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Arkadi Qukasyan qəbul edib.


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən «ANS PRESS»ə verilən məlumata görə, Polad Bülbüloğlu həqiqətən də Azərbaycanın işğal olunmuş ərazisi Şuşaya səfər edib. Bu səfər Ermənistanın Rusiyadakı səfiri Armen Sbatyanla birgə həyata keçirilib.


Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya deyib ki, Polad Bülbüloğlu və Armen Sbatyan Şuşaya keçmiş Mədəniyyət nazirləri qismində səfər ediblər: «Bu səfər inamı möhkəmlətmək məqsədi daşıyır».


Günün bütün mövzuları

XS
SM
MD
LG