Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

«Məhərrəm Əliyevin yerinə Eldar Həsənov gətirilə bilər»


Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov

«Yeni Müsavat» qəzetindəki «Məhərrəm Əliyev istefa verdi» başlıqlı məqalədə bildirilir ki, Məhərrəm Əliyevin «vurulacağı» ilə bağlı xəbərlər hələ Əli İnsanov həbs olunduğu ilk günlərdən yayılmışdı. İnsanova yaxın olan digər şəxslərdən fərqli olaraq Əliyevin sabiq nazirin ünvanına hər hansı ittiham səsləndirməməsi onun vəzifəsini itirəcəyi ilə xəbərləri daha da ciddiləşdirirdi. Qəzetə danışan mənbələr sabiq BŞBPİ rəisinin bundan sonrakı taleyinin necə olacağı barədə konkret fikir söyləməyə çətinlik çəkdiklərini bildiriblər: «Məhərrəm Əliyevin təmsil olunduğu qrup və onun öz ətrafı hakimiyyət, hüquq-mühafizə orqanları daxilində dərin kök salıblar. Bu baxımdan Məhərrəm Əliyevə hansısa ağır cazanın veriləcəyi gözlənilmir. Amma bir müddət keçəndən sonra hər şey ola bilər».


Qəzetin versiyasına görə, bəzi mənbələr hakimiyyət dəhlizlərində Əliyevin yerinə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun gətiriləcəyi barədə məlumatların dolaşdığını bildirirlər.


Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Ekspress» qəzetinə eksklüziv müsahibə verib. O, deyib ki, Cənubi Qafqaz regionunda baş verən proseslər Avropa Birliyində yaxından izlənir. Gələn ay Azərbaycana səfər edəcəyinə toxunan AB rəsmisi «hazırda əsasən, medianın vəziyyəti ilə bağlı Bakıdan daha çox siqnallar alırıq» deyib. Cənab Semnebi bildirib ki, problemin həlli üçün Azərbaycan hakimiyyətinin əlində kifayət qədər resurs var: «Azərbaycanla AB-nin münasibətləri Fəaliyyət Planı ilə əlaqədar yeni mərhələyə daxil olub. Media azadlığı, demokratik institutlar bu münasibətlərin kökündə durur. Yayılan məlumatlara görə, hazırda bir neçə jurnalist həbsdə saxlanır. Fikrimcə, bu dalğanın qarşısıalınmaz olmaması üçün jurnalistlərin həbsinə moratorium qoyulması yaxşı olardı».


«Məsələ açıq-saçıq geyinməkdə deyil, o açıq-saçıqlığın estetikasındadır». Bu sözləri «525-ci qəzet»ə müsahibəsində xalq yazıçısı Elçin deyib. Son illər Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsində baş verən tendensiyalara toxunan yazıçı, ölkədə məhfumların devalvasiya prosesinin getdiyini bildirib: «Dahi» anlayışını götürək. Bizim nə qədər dahilərimiz varıymış!..Mətbuatda, televiziya kanallarında bu söz nə qədər işlənilir!..Çıxışlardan, yazılardan belə çıxır ki, sən demə biz bu gün yüzlərlə «dahi» bəstəkarlarla, artistlərlə, yazıçılarla şairlərlə əhatə olunmuşuq». Elçin hesab edir ki, millətin verdiyi dahiləri barmaqla saymaq lazımdır, hesabdar sayğacı ilə yox. «Əks təqdirdə, bu, yanlış anlayışların yox, mənəviyyatın devalvasiyasına gətirib çıxara bilər», -deyə yazıçı vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG