Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:50

Rövşən Kəbirli Əliyevlər ailəsinin üç üzvündən və oxuculardan üzr istədi


«Müxalifət» qəzetinin iyunun 28-də çıxan sayında hazırda həbsdə olan baş redaktor Rövşən Kəbirlinin vəkili vasitəsilə redaksiyaya göndərdiyi üzrxahlıq dərc olunub. «Media forum» saytının məlumatına görə, Kəbirli bildirir ki, həbsə səbəb olmuş «A.M.A.Y. – Əliyevlər sülaləsinin ticarət nişanı» yazısının tərtibatında, xüsusilə şəkillərin dərcində qüsurlar var: «Yəni biz yazını çapa hazırlayanda Avropa qəzetçiliyindən bəhrələnmək istəmiş və bu zaman müsəlman Şərqində adət-ənənə, mənəvi dəyərlər sisteminin incəliklərini o qədər də sərf-nəzər etməmişik. Nəticədə, o dərəcədə zərurət olmadığı halda etik normaların pozulması kimi başa düşülən qüsura yol verilmişdir. Başqa sözlə, rəhmətlik Aqil Əliyevin, akademik Cəlal Əliyevin və «Heydər Əliyev» Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəklinin dərcinin müsəlman adət-ənənəsinə zidd olduğunun fərqinə varmamışıq. Bununla əlaqədar yazıda adı çəkilən şəxslərdən və oxuculardan üzrxahlığımızı qəbul etmələrini xahiş edirik».


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və nəşrin şöbə redaktoru Yaşar Ağazadə bu ilin mayında akademik Cəlal Əliyevin iddiası əsasında 2 il yarım müddətinə azadlıqdan məhrum olunublar. İyunun 29-da Apellyasiya Məhkəməsində bu işə yenidən baxılmalıdır.


XS
SM
MD
LG