Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

Babək qalasına yürüşə çağıran vərəqələr yayılıb


Hər il Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox şəxslər həbs edilir

Hər il Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox şəxslər həbs edilir

İran azərbaycanlılarının milli və mədəni haqlarının tələbi uğrunda keçirilən Babək qurultayı ərəfəsində İranın Azərbaycan şəhərlərində bəyanat və çağırış vərəqələri yayılıb.


Gecə vaxtı və gizli şəkildə yayılan bu vərəqələrdə Babək qalasına yürüşün bu il iyunun 30-u və iyulun 1-də keçiriləcəyi elan edilir. Eyni zamanda, bildirilir ki, yürüşdən iki gün sonra İranın bütün Azərbaycan şəhərlərində şənlik və atəşfəşanlıq mərasimləri keçiriləcək.


Vərəqələrin sonunda «Azərbaycan Milli Hərəkatı» sözləri yazılır. Lakin bunun hansı təşkilat və ya qurumlara aid olduğu bəlli deyil.


Bu günə qədər İranda heç bir təşkilat özünü «Azərbaycan Milli Hərəkatı» kimi təqdim etməyib.


Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmidin ad günü kimi qəbul edilən tarix hər il Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir.


Hər il Babək qurultayı ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox şəxslər həbs edilir.


Ötən il bu hadisədə tutulanların sayı daha da çox olub .


XS
SM
MD
LG