Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:43

Bakı şəhər Baş Polis İdarəsinin rəisi istefa verib


Məhərrəm Əliyev keçmiş Səhiyyə naziri Əli İnsanovun qudasıdır

Məhərrəm Əliyev keçmiş Səhiyyə naziri Əli İnsanovun qudasıdır

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev vəzifəsindən azad olunması ilə bağlı raport yazıb.


Bu barədə APA-ya eksklüziv açıqlamasında Məhərrəm Əliyev özü məlumat verib. O, istefaya getməsini başqa işə keçməsi ilə əlaqələndirib:


«Mən bu gün başqa işə keçməyimlə əlaqədar tutduğum vəzifədən azad edilməyim üçün raport yazmışam».


Məhərrəm Əliyev hansı işə keçməsi ilə bağlı açıqlama verməyib və bunun yaxın günlərdə məlum olacağını söyləyib.


Son illər Məhərrəm Əliyevin Daxili İşlər naziri Ramil Usubovla kəskin münasibətdə olması barədə yerli mətbuatda müxtəlif məlumatlar dolaşırdı.


Polis general-leytenantı Əliyev Məhərrəm 1951-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib.



1993-cü ildə Səbail rayon Polis İdarəsinin rəisi, bir müddət keçdikdən isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Prezident fərmanı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub.


Məhərrəm Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş Səhiyyə naziri Əli İnsanovun qudasıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG