Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:23

May ayında ən baha torpaq sahəsi Nəsimi rayonunda sotu 340 min dollara satılıb


Bu ilin mayında Bakıda ən baha torpaq sahəsi Nəsimi rayonunda sotu 340 min dollara, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda sotu 230 dollara satılıb. Bu barədə «Daşınmaz əmlak bazarının iştirakçıları» İctimai Birliyinin məlumatında göstərilib.


May ayında bir sotun orta qiyməti 975 dollar artaraq 20925 dollar təşkil edib.


Nəzərəçarpacaq dəyişikliklər Bakının beş rayonunda – Nəsimi, Nərimanov, Yasamal, Sabunçu və Suraxanıda müşahidə olunub.


May ayında bazara çıxarılmış 273 hektar torpaq sahəsinin 51 faizini boş torpaq sahələri təşkil edib.


XS
SM
MD
LG