Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

AŞ PA prezidenti yaxın on günə Azərbaycana gələcək


AŞ PA prezidenti Rene van der Linden, 18 yanvar 2007
AŞ PA prezidenti Rene van der Linden, 18 yanvar 2007
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene van der Linden yaxın on günə Azərbaycana gələcək.

Bu barədə «Azadlıq» radiosuna «Azərbaycan naminə» İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, iyunun 27-də o və bir neçə Azərbaycan insan hüquqları müdafiəçiləri AŞ PA prezidentiylə görüşüb. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə edilib.


Cənab Namazov deyir ki, onlar Rene van der Lindenin diqqətini mətbuata təzyiqlərə, jurnalistlərin həbsinə, məhkəmələrin vəziyyətinə, siyasi məhbuslara, sabiq Səhiyyə naziri Əli İnsanova və digər məsələlərə yönəldiblər.


Eldar Namazov bildirir ki, iyunun 28-də AŞ PA-nın Monitorinq Komitəsinin iclasından sonra Assambleyanın Azərbaycan üzrə həmməruzəçilərinin bəyanatı gözlənir.


İyunun 25-dən Azərbaycanın bir qrup insan haqları müdafiəçisi Strasburqda görüşlər keçirir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG