Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Ramiz Mehdiyev: ««Azərbaycanda demokratik mətbuatın formalaşdırılmasına ehtiyac var»


«Azərbaycanda demokratik mətbuatın formalaşdırılmasına ehtiyac var. Təəssüf ki, hələ də bunu etmək mümkün olmayıb».


Bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, bu, təkcə hakimiyyətin işi deyil: «Bu baxımdan bir qrup jurnalistin bu yaxınlarda YAP-ın təşəbbüsü ilə keçirilən toplantısı konstruktiv olub. Mətbuatın fəaliyyəti orada verilən təkliflər səviyyəsində qurularsa, bu istiqamətdə dönüş yaranacaq».


Ramiz Mehdiyev iyunun 29-da mətbuatın problemləri ilə bağlı keçiriləcək forumda rəsmi hakimiyyət nümayəndələrinin iştirakını da istisna etməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG