Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

«Mən belə bir məsuliyyəti öz üzərimə götürə bilmərəm»


Ramiz Mehdiyev hesab edir ki, belə müraciətlərin təşəbbüskarı qeyri- konstruktiv qüvvələrdir
Ramiz Mehdiyev hesab edir ki, belə müraciətlərin təşəbbüskarı qeyri- konstruktiv qüvvələrdir

«Həbsdə olan jurnalistlərin əfv ediləcəyini kimin deməsi mənə məlum deyil. Mən belə bir məsuliyyəti öz üzərimə götürə bilmərəm».


Bunu iyunun 27-də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında bildirib. O, əlavə edib ki, bu məsələ prezidentin səlahiyyətində olan məsələdir. Lazım olsa, dövlət başçısı özü belə bir sərəncam verəcək.


Cənab Mehdiyevin sözlərinə görə, jurnalistlərin bəzi məmurların Avropa ölkələrinə buraxılmaması ilə bağlı Avropa İttifaqının sədrinə müraciəti demokratiyaya və insan hüquqlarına zidd təşəbbüsdür: «Həmin jurnalistlərin iradları əsaslıdırsa, müvafiq dövlət qurumlarına müraciət edib məsələnin qanun çərçivəsində həllinə nail ola bilərlər».


Ramiz Mehdiyev hesab edir ki, belə müraciətlərin təşəbbüskarı qeyri- konstruktiv qüvvələrdir. Onlar jurnalistləri bu işə təhrik edirlər. Bu isə ölkənin adına hörmət gətirmir.


Bu günlərdə bir qrup hüquq müdafiəçisi, redaktorlar və millət vəkilləri Avropa İttifaqının rəhbərinə söz və mətbuat azadlığını pozan bir sıra məmurların Avropa ölkələrinə buraxılmaması ilə bağlı müraciət ediblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG