Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

Əli İnsanovun MEA-ya iddiasına baxılmayıb


Apellyasiya Məhkəməsinin qərarından sonra Əli İnsanovun MEA-ya qarşı iddiasına baxılacaq
Apellyasiya Məhkəməsinin qərarından sonra Əli İnsanovun MEA-ya qarşı iddiasına baxılacaq

İyunun 27-də Səbail Rayon Məhkəməsi keçmiş Səhiyyə naziri Əli İnsanovun Milli Elmlər Akademiyasına (MEA) qarşı iddiasına baxmayıb. Bu barədə «Azadlıq» radiosuna məlumat verən İnsanovun vəkili Ağaveyis Şahverdinin sözlərinə görə, hakim Yusif Kərimovun qərarıyla iş üzrə icraat dayandırılıb. Cənab Şahverdi deyir ki, bu qərar Əli İnsanovun həbsindən verdiyi apellyasiya şikayətilə əlaqələndirilib. Belə ki, məhkəmə Apellyasiya Məhkəməsinin müvafiq qərarından sonra Əli İnsanovun MEA-ya qarşı iddiasına baxacaq.


Məhkəmənin qərarını ədalətsiz sayan Ağaveyis Şahverdi deyir ki, Əli İnsanov məhkəmə prosesinə qatılmaq arzusunda olsa da, onun bu istəyi təmin edilməyib.


Əli İnsanov Milli Elmlər Akademiyasının həqiqi müxbir üzvlüyündən xaric edildikdən sonra bu qurumu məhkəməyə verib. Sabiq Səhiyyə naziri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarıyla dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və s. təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG