Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

Türkmənistan prezidenti ölkəsinin «Transxəzər» qaz kəmərinə marağını təsdiqləyir


Berdıməhəmmədov ABŞ-la əlaqələrin genişlənməsinin tərəfdarıdır

Berdıməhəmmədov ABŞ-la əlaqələrin genişlənməsinin tərəfdarıdır

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəsinin «Transxəzər» qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlı olduğunu təsdiqləyib.


«Turan»ın məlumatına görə, ABŞ Dövlət katibinin köməkçisinin müavini Evan Feygenbaumla iyunun 26-da keçirilən görüş zamanı prezident deyib ki, Türkmənistan enerjidaşıyıcıların çoxvariantlı nəqli prinsipini əsas tutur və «Transxəzər» qaz kəməri layihəsini mümkün marşrutlardan biri kimi nəzərdən keçirir.


Feygenbaum Aşxabada Amerika nümayəndə heyətinin rəhbəri qismində gəlib. Bu, 2007-ci ilin ilk yarım ili ərzində beşinci oxşar səfərdi. Səfərin məqsədləri barədə danışan qonaq, ABŞ Dövlət katibi Kondoliza Raysın tapşırığı ilə gəldiyini bildirib. Missiyanın məqsədi əməkdaşlıq imkanlarını öyrənmək və onun inkişafı istiqamətlərini müzakirə etməkdir.


Türkmənistan KİV-lərinin məlumatlarına görə, görüş zamanı ABŞ Dövlət katibinin köməkçisi nümayəndə heyətlərinin mübadiləsi daxil olmaqla, Türkmənistan-ABŞ mədəni və işguzar əlaqələrinin aktivləşməsi təşəbbüsü ilə çıxış edib. Öz növbəsində, Qurbanqulu Berdıməhəmmədov iki ölkənin ali məktəbləri arasında əlaqələrin genişlənməsini istədiyini bildirib.


«Türkmənistanın yüksək səviyyəli kadrlara - iqtisadçılara, hüquqşünaslara, neft-qaz kompleksi mütəxəssislərinə, memarlara, mühəndislərə ehtiyacı var və buna görə, biz təcrübəli amerikan müəllimlərini ölkəmizdə görməkdən məmnun olacağıq», - deyə prezident bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG