Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Ramil Usubov: «Ölkəyə gətirilən qanunsuz narkotik maddələrin cəmi 10 faizi ifşa olunur»


Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə gücləndirilsə də, xüsusi uğur qazanılmayıb. Çünki ölkəyə gətirilən qanunsuz narkotik maddələrin 10 faizə qədəri ifşa olunsa da, 90 faizi aşkar edilməyib. Bu bəyanatla iyunun 26-da Bərdə rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsinin zabit heyəti üçün inşa olunan binanın açılışnıda iştirak edən Daxili İşlər naziri Ramil Usubov çıxış edib. Nazirin sözlərinə görə, Azərbaycana narkotik maddələr əsaən iki marşrutla gətirilir. Bunlardan biri Əfqanistan-Orta Asiya-Azərbaycan, digəri isə Əfqanistan-İran-Azərbaycan marşrutudur.


Nazir hesab edir ki, narkotik maddələrdən istifadənin qarşısını almaq üçün gənclər arasında maarifləndirmə işi də gücləndirilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG