Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Yaşar Ağazadənin aclığı dayandırdığı deyilir


Rövşən Kəbirli və Yaşar Ağazadə bir müddət əvvəl də təcridxanada aclıq etmişdilər

Rövşən Kəbirli və Yaşar Ağazadə bir müddət əvvəl də təcridxanada aclıq etmişdilər

Bayıl təcridxanasında saxlanan «Müxalifət» qəzetinin şöbə redaktoru Yaşar Ağazadə iyunun 22-dən başladığı aclıq aksiyasını dayandırıb. Bu barədə «Azadlıq» radiosuna Y.Ağazədənin atası Vaqif Ağazadə məlumat verib. Onun sözlərinə görə, iyunun 26-da oğlu ilə görüşmək istəsə də, qeyri-rəsmi iş günü olduğundan bu baş tutmayıb.


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli isə aclıq aksiyasını davam etdirir. Onun vəkili Rəşid Hacılının sözlərinə görə, aksiyada məqsəd Avropa Şurasının yay sessiyasının diqqətini Azərbaycan mediasının vəziyyətinə yönəltməkdir.


R.Kəbirlinin yaxın qohumu Rauf Kərimov isə deyir ki, onlar baş redaktorun əfv olunması üçün ölkə prezidentinə müraciət edəcəklər.


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadə bir müddət əvvəl də təcridxanada aclıq etmişdilər.


Bu il mayın 16-da Yasamal Rayon Məhkəməsi R.Kəbirli və Y.Ağazadənin hər birini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG