Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

Rusiyalı və xarici jurnalistlər Qəbələ RLS-ə səfər edəcəklər


İyunun 7-də Rusiya ABŞ-a Azərbaycandakı Qəbələ Radiolakasiya Stansiyasını müştərək istifadə etməyi təklif edib

İyunun 7-də Rusiya ABŞ-a Azərbaycandakı Qəbələ Radiolakasiya Stansiyasını müştərək istifadə etməyi təklif edib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Baluyevskinin təşəbbüsü ilə iyunun 29-dan iyulun 1-dək Qəbələ RLS-lə tanış olmaq üçün Rusiyadan böyük bir jurnalist heyəti Azərbaycana səfər edəcək. Bu barədə «Turan»a məlumatlı mənbələrdən bəlli olub.


Nümayəndə heyətinin tərkibinə Rusiyada akkreditə olunmuş həm xarici, həm də rusiyalı jurnalistlər daxil ediləcəklər.


Qəbələyə jurnalistlər iyunun 30-da gedəcəklər. Səfər ABŞ-da keçiriləcək Corc Buş-Vladimir Putin sammiti ərəfəsində təşkil edilir.


İyunun 7-də Rusiya ABŞ-a Azərbaycandakı Qəbələ Radiolakasiya Stansiyasını müştərək istifadə etməyi təklif edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG