İlin əvvəlindən indiyə qədər Azərbaycan ordusu 33 nəfər itirib. Onlardan cəmi səkkiz nəfəri Ermənistan Silahlı Qüvvələrinin gülləsinə tuş gəlib. Qalanları ya intihar edib, ya da qeyri-nizamnamə, bədbəxt hadisə nəticəsində həlak olub. Bunu «Azadlıq» radiosuna «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin direktoru Cəsur Sümərinli deyib.
Onun sözlərinə görə, il girəndən doqquz nəfər intihar edib. Keçən il bu rəqəm səkkiz nəfər olub.