Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

«Siyasi münaqişələr regionda daha effektiv iqtisadi əməkdaşlığa ciddi əngəl törədir»


İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü keçirilir. «Trend»in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hazırda Rusiya və Türkiyə prezidentləri Vladimr Putin və Əhməd Necdət Sezərin görüşü keçirilir. Sonra Rusiya Federasiyasının rəhbəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Dövlət başçıları energetika əməkdaşığı məsələlərini müzakirə edirlər.


İyunun 25-i səhər Türkiyənin Baş naziri adından sammit iştirakçılarına ziyafət verilib. Ərdoğan deyib ki, siyasi münaqişələr regionda daha effektiv iqtisadi əməkdaşlığa ciddi əngəl törədir. O, əlavə edib ki, regiondakı problemlərin tənzimlənməsi üçün ölkələr birgə səy göstərməlidirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG