Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30

İyulun 23-də Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə əsgər Əşrəf Quliyev intihar edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, Əşrəf Quliyev manqa komandiri olub, növbətçi qaldığı gecə üstündəki silahla özünü vurub. Onun ölümündən əvvəl hər hansı məktub yazıb-yazmadığı hələlik bəlli deyil.


1988-ci il təvəllüdlü Əşrəf Quliyev ötən ilin iyulunda Əli Bayramlı Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Faktla bağlı Goranboy Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsiylə cinayət işi açılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG