Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Rauf Arifoğlu və daha beş jurnalist Daxili İşlər Nazirliyinə çağırılıb


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və daha beş jurnalist Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə «Azadlıq» radiosuna Arifoğlu özü məlumat verib. Onun sözlərinə görə, iyunun 14-də jurnalistlərin aksiyası zamanı rəhbərlik etdiyi qəzet əməkdaşlarının polis təzyiqinə məruz qalmasının araşdırılması üçün Daxili İşlər naziri Ramil Usubova müraciət edib: «Məktubda həm əməkdaşlarımızın döyülməsini, həm də polislərin oğurluq etməsini göstərmişəm. Nazirliyə çağırılmağımız da təhqiqatın başlanması üçündür».


Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, baş redaktorun nazirliyə ünvanladığı məktubla bağlı təhqiqat aparılacaq.


İyunun 14-də bir qrup jurnalist mətbuata təzyiqlərə son qoyulması tələbiylə Sabir bağında icazəsiz piket keçirib.Aksiya zamanı jurnalistlər polis təzyiqinə məruz qalıblar.


XS
SM
MD
LG