Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:47

Əlillərin sosial müdafiəsi üçün büdcədən 11 milyon 282 min manat ayrılıb


Bu il Qarabağ müharibəsi iştirakçıları və həmin müharibədə həlak olmuş keçmiş döyüşçülərin ailələri üçün yaşayış mənzillərinin inşasına 6 milyon 405 min manat ayrılıb. Qazaxda 16 mənzilli binanın açılışında Əlillərin Sosial Müdafiəsi Baş İdərəsinin rəisi İbrahim Heydərov belə deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 400-ə yaxın Qarabağ müharibəsi iştirakçılarını və həmin müharibədə həlak olmuş keçmiş döyüşçülərin ailələrini mənzillə təmin etməyi planlaşdırır. Nazirlik o cümlədən kənd yerlərində də 30 fərdi yaşayış evi tikəcək.


İbrahim Heydərov bildirib ki, Yevlax və Xaçmazda da Əllillərin Bərpa Mərkəzlərinin tikintisi planlaşdırılır və bunun üçün 800 min manat vəsait ayrılıb. Ümumilikdə əlillərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 11 milyon 282 min manat ayrılıb.


XS
SM
MD
LG