Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:11

Orta məktəbi bu il bitirənlər üçün ali məktəblərə sənəd qəbulu başlayır


Bu il qəbul imtahanlarında 110 mindən çox abituriyentin iştirak edəcəyi proqnozlaşdırılır

Bu il qəbul imtahanlarında 110 mindən çox abituriyentin iştirak edəcəyi proqnozlaşdırılır

İyunun 25-dən orta məktəbi bu il bitirən məzunlar üçün ali məktəblərə sənəd qəbulu başlayır. Sənədlərin qəbulu iyulun 5-nə qədər davam edəcək. Orta məktəbi keçən il və daha əvvəl bitirən məzunlar isə artıq iyunun 22-dən sənədlərini verməyə başlayıblar. Amma onlar iyunun 30-na qədər sənədlərini təqdim edə bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı Elnur Nağızadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, sənədlərin qəbulu üçün bütün bölgələrdə şərait yaradılıb. Qəbul imtahanının isə iyulun ikinci yarısında keçirilməsi planlaşdırılır.


TQDK bu il qəbul imtahanlarında 110 mindən çox abituriyentin iştirak edəcəyini proqnozlaşdırır. Əgər humanitar fənnlər üzrə, yəni 3-cü qrupa 40 mindən çox abituriyent ərizə verərsə, onda ilk dəfə olaraq, Gəncə və Sumqayıtda da qəbul imtahanı keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG