Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Azərbaycan UEFA-nın qərarından şikayət etməyəcək


Şahin Diniyev deyir ki, milli sentyabrda iki yoldaşlıq görüşü keçirməyi düşünür

Şahin Diniyev deyir ki, milli sentyabrda iki yoldaşlıq görüşü keçirməyi düşünür

«Azərbaycan UEFA-nın qərarından şikayət etməyəcək». Bunu «Azadlıq» radiosuna müsahibəsində futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev deyib. UEFA-nın qərarı ilə Avropa Çempionatı (AÇ)-2008-in seçmə mərhələsində Azərbaycanla Ermənistan arasında oyunlar ləğv edilib, hər iki komandaya 0 xal verilib.


Diniyev etiraf edib ki, qərar onun üçün gözlənilməz olub, keçən şənbəyə qədər Ermənistanla oyun haqqında məlumat toplayırmış. Baş məşqçi hesab edir ki, bu qərardan nə Ermənistan udub, nə də Azərbaycan: «Çünki iki oyunun nəticəsinə görə, həm Azərbaycan, həm də Ermənistanın Avropa Çempionatının final mərhələsinə keçmək şansları sıfıra bərabər idi. Ona görə də, bu xalların artıb-azalması əhəmiyyət daşımır».


Ermənistanın Futbol Federasiyası da şikayət verməyəcəyini bildirib.


Şahin Diniyev deyir ki, Ermənistanla oyunların əvəzinə, Azərbaycan millisi sentyabrda başqa komandalarla iki yoldaşlıq görüşü keçirməyi düşünür: «AFFA bu gündən həmin məsələ ilə məşğul olmağa başlayacaq. Sentyabrda bütün Avropa milliləri oynayır, ona görə də, bəlkə rəqibləri Asiyadan seçdik». O ki qaldı avqusta planlaşdırılan yoldaşlıq oyunlarına, Azərbaycan Makedoniya və Çernoqoriya ilə danışıqlar aparır.


Azərbaycan-Ermənistan oyunları sentyabrın 8-də və 12-də olmalı idi. Ermənistan oyunların Yerevanda və Bakıda keçirilməsini istəyirdi, Azərbaycan isə oyunların neytral meydanda baş tutmasında israr edirdi.


İndi AÇ-2008-in seçmə mərhələsində Azərbaycan millisinin dörd oyunu qalıb. Komanda oktyabrın 17-də Portuqaliyanı, həmin ayın 21-də isə Belçikanı qəbul edəcək. Noyabrda Finlandiya ilə səfər oyunu olacaq, son oyun isə Serbiya ilə Bakıda olacaq. Şahin Diniyev deyir ki, onlar bu oyunların hər birindən xal almaq iqtidarındadırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG