Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

«Kimyaçı Əli» haqqında ölüm hökmü çıxarılıb


İyunun 24-də Bağdad məhkəməsi 1980-ci illərdə İraqın kürd əhalisinə qarşı aparılan repressiv tədbirlərə görə Əli Həsən Əl-Məcidi haqqında ölüm hökmü çıxarıb. Səddam Hüseynin yaxın qohumu olan Əl Məcid zəhərli qazdan istifadə etdiyinə görə «kimyaçı Əli» kimi tanınırdı. Əl-Məcid o vaxtkı təqib kampaniyasının gizli lideri olub. İraqlı kürdlərə qarşı keçirilən tədbirlərdə 180 min adam öldürülüb.


Məhkəmə keçmiş müdafiə naziri Sultan Haşim Əhməd və general Hüseyn Rəşid Məhəmməd haqqında da ölüm hökmü çıxarıb.


İki müttəhim isə ömürlük azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG