Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

«Şərq Qərblə qovuşur»


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasından 15 il keçir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasından 15 il keçir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 15 illiyi münasibətilə iyunun 25-də İstanbulda zirvə görüşü keçiriləcək. Görüşündə Şərq-Qərb enerji dəhlizi və enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olacaq. AzərTAc xəbər verir ki, enerji təhlükəsizliyi ilə bağlı xüsusi işçi qrupun yaradılacağı da gözlənilir.


Zirvə görüşündə təşkilata üzv 12 ölkə və müşahidəçi statusuna malik olan 13 ölkənin dövlət və hökumət başçıları, habelə BMT, Avropa Birliyi (AB), ATƏT, Dünya Bankı, Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcəklər.


Türkiyə Prezidenti Əhməd Necdət Sezərin sədrlik edəcəyi toplantıda qəbul olunacaq yekun Bəyannamədə QİƏT-in fəaliyyətinin gələcək perspektivləri, enerji və nəqliyyat dəhlizləri üzrə AB ilə əməkdaşlığın inkişafı məsələləri əksini tapacaqdır.


Böyük Britaniya, Qazaxıstan, İran, Macarıstan və Kiprin yunan hissəsinin də təşkilatda müşahidəçi statusu üçün müraciət etmələri QİƏT-in əhəmiyyətinin artması kimi dəyərləndirilir.


Zirvə görüşündən sonra iyunun 26-da təşkilata üzv olan dövlət və hökumət başçılarının iştirakı ilə «Şərq Qərblə qovuşur» mövzusunda beynəlxalq enerji konfransı keçiriləcək. Tədbir dünyanın qabaqcıl enerji tədqiqatları institutu olan Kembric Enerji Araşdırmaları Assosiasiyası (CERA) tərəfindən təşkil olunur.


Tədbirdə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev də iyunun 24-də Türkiyəyə yola düşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG