Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:10

Azərbaycan və Ermənistan yığmalarının oyunları keçirilməyəcək


Azərbaycan tərəfi UEFA-nın bu addımını alqışlayır
Azərbaycan tərəfi UEFA-nın bu addımını alqışlayır
Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-Ermənistan oyunları keçirilməyəcək.

Bu haqda qərar UEFA İcraiyyə Komitəsinin Hollandiyanın Herenven şəhərində keçirilən toplantısında qəbul edilib. Qərara alınıb ki, sentyabrın 8-i və 12-nə təyin olunan bu oyunlar keçirilməsin.


UEFA qərarını onunla izah edir ki, Azərbaycan və Ermənistan oyunların keçiriləcəyi yeri razılaşdıra bilməyiblər. Nə Azərbaycan, nə də Ermənistan yığması bu oyunlara görə xal almayacaq.


Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasov Azərbaycan tərəfinin UEFA-nın bu addımını alqışladığını deyib. O, ANS TV-yə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda işğalçı ölkə olan Ermənistanın himninin səsləndirilməsi yolverilməz idi:


«Biz neytral meydançada oynamağa hazır idik. Amma UEFA belə qərar verdi. Bununla belə biz UEFA-nın qərarını dəstəkləyirik».



Azərbaycan oyunların neytral meydançada keçirilməsinin tərəfdarıdır. Ermənistan isə oyunların Bakıda və Yerevanda təşkil olunmasını istəyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG