Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Mətbuatın və jurnalistlərin problemləri ilə bağlı forum keçiriləcək


Bu qərara Redaktorlar Birliyi iyunun 23-nə planlaşdırdıqları mitinqi təxirə saldıqdan sonra gəlib. Nəşri dayanan «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu mitinqi təxirə salmalarını Bakı Şəhər İcra Hakimiyyətinin onlara «Ukrayna» meydanını təklif etməsi ilə izah edib. Şahvələd Çobanoğlu deyib ki, «Ukrayna» meydanında mitinq keçirmək üçün şərait yoxdur. Əgər onlara «Ukrayna» meydanı təklif edilirsə, bu mitinqə icazə verməmək anlamana gəlir. Şahvələd Çobanoğlunun sözlərinə görə onlar nəinki Bakının mərkəzi meydanlarında, hətta ucqar ərazilərdə belə mitinq keçirməyə razı idilər. Bir şərtlə ki, həmin ucqar ərazidə mitinq keçirmək üçün şərait olsun. Jurnalistlər aksiya keçirmək üçün metronun «Neftçilər» stansiyasının yaxınlığındakı meydanı təklif etmişdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG