Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:39

Azərbaycanda 3000 şagird imtahandan kəsilib


Orta məktəblərin buraxılış siniflərində imtahan verən şagirdlərdən 3000-ə yaxını qeyri-kafi qiymət alıb. Bu barədə məlumat verən təhsil naziri Misir Mərdanovun sözlərinə görə, buraxılış imtahanlarında ümumilikdə 13000 şagird iştirak edib: «Təhsil Nazirliyinin qərarı ilə imtahandan kəsilənlərə yenidən şans verilib. Təkrar imtahanda cəmi 20 şagird müvəffəqiyyət qazanıb. Qalan şəxslər gələn il yenidən imtahan vermək hüququna malikdir. Əgər gələn il imtahan verə bilsələr, onların attestat almalarında heç bir problem olmayacaq».


«Trend» xəbər yayıb ki, nazirin fikrincə, bu il şagirdlərin bilik səviyyəsinin göstəricisi 85-90 faiz təşkil edib ki, bu da ilk il üçün qənaətbəxşdir.



XS
SM
MD
LG