Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:10

MTN bankomatlardan saxta kartlarla külli miqdarda pul çıxaran qrupu zərərsizləşdirib


Bankomatlardan saxta kartlarla pul çıxaran qrup haqda cinayət işi qaldırılıb

Bankomatlardan saxta kartlarla pul çıxaran qrup haqda cinayət işi qaldırılıb

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda bankomatlardan saxta plastik kartlarla külli miqdarda pul çıxaran qrupu zərərsizləşdirib.


Nazirlikdən bildirilir ki, Azərbaycanın bir sıra banklarının Bakıda quraşdırılmış bankomatlarından qanunsuz yolla informasiyanın surətinin çıxarılması, bu məlumatlar əsasında hazırlanmış saxta dublikat plastik kartlardan istifadə etməklə xarici dövlətlərdəki, eləcə də Azərbaycandakı bankomatlardan vətəndaşlara məxsus hesablardan pul çıxarıb onların mənafeyinə külli miqdarda-80 min manatdan artıq ziyan vuran, transmilli cinayətkarlıqla məşğul olan bir qrup şəxs bir müddət bundan öncə nazirlik tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.


Qrupun üzvləri - İsrail vətəndaşı, 1964-cü ildə Bakı şəhərində anadan olan Vladislav Basin, Azərbaycan vətəndaşları, Bakı şəhər sakinləri – 1952-ci il təvəllüdlü Fəxrəddin Süleymanov, 1964-cü il təvəllüdlü Şain Məhərrəmov, 1957-ci il təvəllüdlü, Azərbaycan Beynəlxalq Bankının Xırdalan şöbəsinin müdiri Bəşir Hacıyevdir. Onlar hazırladıqları saxta dublikat plastik kartlardan istifadə etməklə ayrı-ayrı vətəndaşlara məxsus hesablardan müxtəlif məbləğlərdə pul çıxararaq öz aralarında bölüşdürüblər.


Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi cinayət işi qaldırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG