Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

BP ekspertləri: Rusiya xarici bazarlara qaz ixracını azaldacaq


Təbii qaz ixracat edən ölkələr xarici bazarlara tədarükü azaldırlar ki, artan daxili tələbatı ödəyə bilsinlər. Bu tendensiya Rusiyadan da yan keçmir.


Bunu BP-nin baş iqtisadçısı Kristofer Ryul deyib. O, BP ekspertlərinin hazırladıqları dünya energetikasının illik statistik icmalını təqdim edib.


Həmin sənədə əsasən, 2006-cı il dünyada qaza tələbat 2,5 faiz artıb. Tələbat ən çox Rusiya, (6,7 faiz-432 milyard kubmetrə qədər) və Çində artıb.


Kristofer Ryulun dediyinə görə, Rusiyada qaza tələbata artım bütün dünyada tələbata artımın 40 faizini təşkil edib, Çində isə qaza tələbat 20 faizdən də çox artıb.


İcmalda o da deyilir ki, 2006-cı ildə Rusiyada qaz hasilatı təqribən 612 milyard kubmetr olub ki, bu da ötən ilin göstəricisindən 2,4 faiz çoxdur.


XS
SM
MD
LG