Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

«Xəzərin statusu ilə bağlı ancaq siyasi məqamlar razılaşdırılıb»


Xələf Xələfov deyir ki, Xəzərin statusu ilə bağlı danışıqlar davam etdirilməlidir
Xələf Xələfov deyir ki, Xəzərin statusu ilə bağlı danışıqlar davam etdirilməlidir

Xəzərin statusu ilə bağlı müəyyən siyasi razılaşmalar əldə edilib. Bunu İyunun 20-i və 21-i Tehranda keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin ikinci konfransından qayıdan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə bu razılaşdırılan siyasi məqamlar hələ Xəzərin hüququ statusunun razılaşdırılması anlamına gəlməməlidir. Bununla belə XİN rəsmisi vurğulayıb ki, razılaşdırılan məqamlar problemin həlli üçün imkanlar yaradır.


Razılaşdırılan ən mühüm məqam odur ki, Xəzərdən yalnız sülh məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda hüququ statusla bağlı danışıqlar davam etməlidir.


Xəzərin statusu ilə bağlı xarici işlər nazirlərinin 1-ci konfransı 11 il əvvəl Aşqabadda keçirilib. 2002-ci ildə isə Xəzəryanı ölkələrin dövlət başçılarının 1-ci zirvə toplantısı olub.


İran və Türkmənistan Xəzərin beş bərabər hissəyə bölünməsini istəyir. Ancaq Azərbaycan bu bölgünü qəbul etmir. Azərbaycan Rusiya və Qazaxıstan arasında isə dənizin dibinin bölgüsü, üzünün isə ümumi istifadəsi ilə bağlı razılaşma var.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG