Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Ötən ay Rusiyada işsizlərin sayı 1 faiz azalıb


Rusiyada işsizlərin sayı may ayında aprellə müqayisədə təxminən 1 faiz-5 milyon 140 minə qədər azalıb. Məlumatı Rusiya Federal Statistika Xidməti yayıb.


İşsizlik səviyyəsi iqtisadi fəal əhalinin 6,9 faizini təşkil edib.


Ölkədə işsizlərin sayı Beynəlxalq Əmək Təşkilatının metodologiyası üzrə hesablanır. Bura işi olmayan, amma fəal iş axtaran və əmək fəaliyyətinə qısa müddətdə başlamağa hazır olan insanlar aiddir.


Bununla belə, Rusiyada işsizlərin yalnız üçdə biri məşğulluq xidmətində qeydiyyatdan keçib.


Günün bütün mövzuları

XS
SM
MD
LG